Liviyanın Benqazi şəhərində məscidlərdən birinin qarşısında park edilən bomba yüklü maşının partladılması nəticəsində 7 nəfər yaralanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Hücumun Şərq Liviya Qəbilələri Birliyinin sədri El-Başa Saleh el-Atyuşu hədəf aldığı bildirilib. Onun partlayış zamanı xəsarət almadığı qeyd edilib.
Atyuş 2016-cı ilin noyabrında eyni məsciddən çıxan zamanı törədilmiş partlayış zamanı yaralanmışdı.
Son xəbərlər
Son Xəbərlər