Liviyada qanlı toqquşmalar davam edir - 121 ölü, 561 yaralı

liviyada-qanli-toqqusmalar-davam-edir
Oxunma sayı: 1182

Liviyada çevrilişə cəhd edən sabiq general Xəlifə Həftarın silahlı birləşmələri ilə ordu qüvvələri arasında 10 gündür toqquşmalar davam edir.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, paytaxt Tripoli ətrafında gedən atışmalarda 121 nəfər ölüb, 561 nəfər isə yaralanıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Liviyaya tibbi ləvazimatlar və təcili yardım briqadaları göndərəcəyini açıqlayıb.