Liviyanın Benqazi şəhərində terror hücumu nəticəsində ölənlərin sayı 33-ə çatıb. Yaralı sayı isə 71-ə yüksəlib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl 11 nəfərin öldüyü, 32 nəfərin isə yaralandığı açıqlanmışdı.
Hücum nəticəsində Liviyanın əks-kəşfiyyat xidmətinin rəisi Mahdi Falah da zərər çəkib.
Xatırladaq ki, iki minalanmış avtomobil 30 dəqiqə intervalla Benqazidə yerləşən ən iri məscidin yaxınlığında partladılıb. İnsident dindarlar məsciddən çıxan zaman baş verib.
Son xəbərlər
Son Xəbərlər