Liviyanın paytaxtı Tripoli şəhərinə bir neçə dəfə raket zərbəsi endirilib. “Qafqazinfo”nun “TASS”a istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 4 nəfər həlak olub, 23 nəfər xəsarət alıb.
Məlumata görə, buna məsuliyyəti marşal Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu daşıyır. Lakin marşalın ordusu bu ittihamı qəbul etməyib.
“Bu gecə Liviya ordusu hərbi əməliyyatlar zamanı ağır silahlardan istifadə etməyib”, - deyə ordunun mətbuat xidmətinin rəhbəri Xəlifə əl-Obeydi “RİA Novosti”yə bildirib.
Son xəbərlər
Son Xəbərlər