Rusiyanın Xalq artisti, aktrisa Liya Axedcakova koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” “Sovremennik” teatrının direktoru İqor Popova istinadən xəbər verib.
Onun sözlərinə görə, aktrisa paytaxt klinikalarının birindədir, özünü yaxşı hiss edir.
Qeyd edək ki, L.Axedcakova tamaşaçılara “İşdə məhəbbət macərası” filmindəki katibə Vera obrazı ilə tanışdır. Aktrisa bir müddət əvvəl Azərbaycana dəstəyini nümayiş etdirmişdi. Belə ki, o, sosial media hesabında ''Qarabağ Azərbaycandır'' şüarının yazıldığı fotosunu paylaşmışdı.
Son xəbərlər
Son Xəbərlər