Liz Trassla bağlı etimad səsverməsi keçirilə bilər

liz-trassla-bagli-etimad-sesvermesi-kecirile-biler
Oxunma sayı: 1514

Böyük Britaniyanın Baş naziri Liz Trassla bağlı etimad səsverməsi keçirilə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” agentliyi yayıb.

Məlumata görə, hakim Mühafizəkarlar Partiyasından olan deputatları özündə cəmləşdirən “Komitə 1922”yə Baş nazirlə bağlı etimad səsverməsinin keçirilməsinə çağırış edən məktub təqdim edilib.

Bildirilir ki, Britaniyada L.Trassın ölkənin böhrandan çıxarılmasına dair siyasətindən narazılıq artır. Belə ki, Trassın vəzifəyə yeni gəlməsinə baxmayaraq, sorğuda iştirak edən təqribən 5000 nəfərin 51%-i onun istefasını tələb edib.