“Logist” şirkəti orduya dəstək olub

“Logist” şirkəti orduya dəstək olub
Oxunma sayı: 1215

“Logist” MMC-in əməkdaşları hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi tədbirlərdə iştiraka cəlb edilib. Torpaqlarımızın azadlığı uğrunda rəşadətlə döyüşən ordumuzun bir parçası olan əməkdaşlarımızı və əsgərlərimizi zəfər xəbərləri ilə gözləyirik.

Əməkdaşların hərbi xidmətdə olduqları dövr ərzində əməkdaşların iş yerlərinin saxlanılmaqla orta əmək haqqlarının ikiqat verilməsi Logist MMC-nin rəhbərliyi tərəfindən qərara alınıb.

Logist MMC-nin kollektivi Ali Baş Komandanımıza, Ordumuza və əsgərlərimizə güvənir.

Azərbaycan bayrağının tezliklə Dağlıq Qarabağın bütün bölgələrində dalğalanacağına əminik!

Qələbə bizimlədir!


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi