Bu gün parlamentin Regional məsələlər komitəsinin iclası keçirilir.
“Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən komitə sədri Arif Rəhimzadə bildirib ki, payız sessiyası dövründə komitənin 7 iclası keçirilib: “Bu iclaslarda 8 qanun layihəsi müzakirə edilib və layihələrin hamısı plenar iclasda qəbul edilib. Hesabat dövründə komitəyə 86 müraciət, ərizə və şikayət daxil olub və onların 52-si baxılması üçün aidiyyəti orqanlara göndərilib”.
Komitə sədri sonra bildirib ki, yaz sessiyasında müzakirələri gözlənilən qanun layihələri bələdiyyələrin statusu, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, bələdiyyə torpaqlarının idarə edilməsi haqda qanunlara, həmçinin, Torpaq Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanunvericilik aktlarıdır: “Bu sessiyada həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət funksiyasını həyata keçirən orqanın- Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin növbəti illik hesabatının müzakirəsi nəzərdə tutulur. Loğvalıq olmasın, biz bələdiyyələrlə bağlı növbəti addımların atılmasına nail olduq. Belə ki, biz hər zaman bələdiyyələrə dotasiyalarla yanaşı, subvensiyaların verilməsini də təklif edirdik. Artıq biz buna nail olduq. Yəni, büdcədə bələdiyyələrə 1 milyon manat həcmində subvensiyaların ayrılması nəzərdə tutuldu”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər