Lökbatanda dənizdə bir nəfər batıb

lokbatanda-denizde-bir-nefer-batib
Oxunma sayı: 1434

Lökbatan qəsəbəsi yaxınlığında dənizdə bir nəfər batıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 06-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 550 metr aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.​