"Qafqazinfo" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri Elnur Qurbanov və Təranə İsmayılova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, “Yeni Nəsil” Gənclər İctimai Birliyinin sədri, layihə rəhbəri Asif Səlimov digər qonaqlar və rayon gəncləri iştirak edirdi.
İlk öncə tədbirə gələn qonaqlar Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova bütün tədbir iştirakçılarını Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun adından salamlayıb:
"Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulun gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Bu gün gəncliyin innovativ potensialından geniş istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Belə ki, hazırda istənilən sahədə gənclərin fəallığına rast gəlmək olar. Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini verir. İnkişaf etmiş ölkələrdə isə gənclər siyasəti pərakəndə formada həyata keçirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb.
Tədbirin sonunda layihədə iştirak etmiş gənclərə sertifikatlar təqdim olundu.
Son xəbərlər
Son Xəbərlər