Lökbatanda hesabat yığıncağı

lokbatanda-hesabat-yigincagi
Oxunma sayı: 1330


Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Lökbatan qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanıb. Belə ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət  Proqramı”nın uğurlu icrası nəticəsində qəsəbə ərazisində D.Bəkirov və V.Əsədov uşaq bağçalarında isə əsaslı təmir işləri yekunlaşaraq istifadəyə verilib. Cabbar Qaryağdıoğlu adına 9 saylı musiqi məktəbi üçün yeni binanın tikintisi başa çataraq istifadəyə verilib. 7 nömrəli Bakı Peşə məktəbi üçün yeni binaların inşası başa çatmış açılışa tam hazırdır. Bundan başqa Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəsəbədə yeni körpələr-evi uşaq bağçasının tikintisinə başlanılıb. Elektrik enerjisi ilə təminatda 3 ədəd yeni transformator quraşdırılmış, ümumilikdə 30179 metr kabel çəkilib. Hesabat yığıncağında iştirak edən 330-a yaxın qəsəbə sakinlərindən 5 nəfəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən fərdi qaydada dinlənilib.