Lökbatanda Heydər Əliyev anıldı - Foto

lokbatanda-heyder-eliyev-anildi
Oxunma sayı: 1278

Bu gün Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında Ulu Öndərin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin abidəsi önündə əklilqoyma mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şura üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Süleyman Mikayılov və Şura üzvləri Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri düzüblər.

Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymaqla Azərbaycanın memarı və qurucusuna öz dərin ehtiramlarını bildiriblər.