Lökbatanda şəhidin anım mərasimi keçirildi - Foto

lokbatanda-sehidin-anim-merasimi-kecirildi
Oxunma sayı: 1293

Bu gün Vətən müharibəsində şəhid olmuş Yunis Surxayevin ildönümü ilə bağlı anım mərasimi keçirilib. “Qafqazinfo” xəbər verir ki, anım mərasimi şəhidin dəfn olunduğu rayonun Lökbatan qəsəbəsində baş tutub.

Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbiçi yoldaşları və digər rəsmi şəxslər iştirak ediblər. 

Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Daha sonra mərasim iştirakçıları Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında şəhidin məzarı önünə əklil və gül dəstələri qoyub. 

Qeyd edək ki, şəhid Yunis Surxayev 20 yanvar 2002-ci ildə Qaradağ rayonunun Qobustan qəsəbəsində anadan olub. 27 sentyabrda başlayan Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən Vətən müharibəsinin şəhidi Yunis Surxayev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.