Lökbatanda su borusu partladı - Rəsmi açıqlama

lokbatanda-su-borusu-partladi
Oxunma sayı: 12202

Bakının Qaradağ rayonun Lökbatan qəsəbəsində su boru xəttində qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən baş vermiş qəza nəticəsində borudan çıxan yüksəktəzyiqli su yolun hərəkət hissəsinə və ətrafına yayılır.

Nəticədə nəqliyyat vasitələrinin və piyadaların hərəkətində çətinlik yaranıb.

***

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən bildirilib ki, hadisə dünən günorta saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 139 nömrəli məktəbin yaxınlığında baş verib:

"Su xəttində qəza baş verməsilə bağlı müvafiq Sukanal İdarəsinin qəza briqadasına anındaca məlumat daxil olub. Qəza xidməti 15 dəqiqə ərzində qəzanı aradan qaldırıb".

Hadisə yerindən görüntüləri təqdim edirik: