Lökbatanda Vətən müharibəsinin şəhidləri anıldı - Fotolar

lokbatanda-veten-muharibesinin-sehidleri-anildi
Oxunma sayı: 739

44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Rəsulov Teymur və Fərziyev Saməddinin il mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, qazilər və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıb.