Lolita aldığı minimum qonorarı açıqladı

lolita-aldigi-minimum-qonorari-aciqladi
Oxunma sayı: 2132

Müğənni Lolita Milyavskaya  qonaq olduğu verilişlərin birində aldığı minimum qonorarın məbləğini açıqlayıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, onun sözlərinə görə, ifaçı bir çıxışına 40 min avro alır. “Bundan başqa, iş yükü, uçuş nəzərə alındıqda bu məbləğ artır. Mən çox şeyə ehtiyacı olmayan insanam. Bəlkə də buna görə çox şeyim var”, - deyə Lolita bildirib.

Müğənni, həmçinin, qeyd edib ki, son bir ayda o, 100 min avroyadən pul xərcləyib. Bu pulun əksər hissəsi yaradıcılığına sərf olunub.

Qeyd edək ki, 56 yaşlı Lolita solo karyerasına 1985-ci ildən başlayıb.