Lolitanın keçmiş əri ona təhlükəli preparatlar veribmiş

lolitanin-kecmis-eri-ona-tehlukeli-preparatlar-veribmis
Oxunma sayı: 2305

Rusiyalı müğənni Lolita Milyavskayanın vəkili Sergey Jorin bildirib ki, ifaçının keçmiş həyat yoldaşı Dmitri İvanov ona təhlükəli preparatlar verib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Komsomolskaya pravda” yazıb.

“Ailəli olduqları müddətdə İvanov həyat yoldaşının sağlamlığının qayğısına qalması bəhanəsi ilə ona BAƏ-lər (bioloji aktiv əlavələr-red.) verirdi. Lolita ondan ayrılanda maddələri yoxlamaq qərarına gəlib və onları tədqiqata göndərib. Məlum olub ki, onlar orqanizmə zərər vurur”, - hüquqşünas deyib. Jorin bildirib ki, bu məsələni artistlə bərabər araşdırmağı planlaşdırır.

Qeyd edək ki, Dmitri İvanov Lolitanın sayca beşinci həyat yoldaşı olub. Onların evliliyi 9 il sürüb.