“Lombard”a pul “atan” şəxs şikayətçidir

lombarda-pul-atan-sexs-sikayetcidir
Oxunma sayı: 728

“Lombard”a maşınını girov qoyacağını vəd edərək 12 min manat pul götürüb mənimsəyən və avtomobili də verməyən Elbrus Rzayev barəsindəki hökmdən apellyasiya şikayəti verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilən E.Rzayevin şikayəti icraata qəbul edilib.

Məhkəmə baxışı Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə davam etdirilir. Növbəti proses iyunun 19-da keçiriləcək.