London hava limanında iki sərnişin təyyarəsi toqquşdu

london-hava-limaninda-iki-sernisin-teyyaresi-toqqusdu
Oxunma sayı: 2325

Londonun (Böyük Britaniya) “Hitrou” hava limanında iki sərnişin təyyarəsi toqquşub.

“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan yoxdur.

"Fövqəladə hallar xidmətləri hava limanında iki təyyarənin iştirakı ilə insident baş verən yerdə çalışır. Tələfat barədə məlumat yoxdur", - deyə “Hitrou” nümayəndəsi bildirib.

Qeyd edək ki, uçuş-enmə zolağında toqquşan təyyarələr İslandiyanın "Icelandair" və Cənubi Koreyanın "Korean Air" aviaşirkətlərinin təyyarələridir.