London Moskvaya nota göndərdi

london-moskvaya-nota-gonderdi
Oxunma sayı: 2427

London Moskvaya ölüm hökmündə olan ingilislərlə bağlı nota göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin məlumat verib. 

“İngilislər bizə nota göndəriblər, ancaq son dərəcə təkəbbürlü, ibrətamiz ifadələrlə yazılmış nota. Bu, bizi bu məsələdə əməkdaşlıq etmək istəyinə vadar etmir”, - deyə səfir “Rossiya-24” telekanalının efirində bildirib.

Qeyd edək ki, Ukrayna tərəfində vuruşan əcnəbi muzdlular ölüm cəzasına məhkum edilib.

Söhbət ingilis Şon Pinner və Eyden Eslin, eləcə də mərakeşli Saadun Brahimdən gedir.