“London Taxi” əvvəlcə piyadanı, sonra maşını vurdu - Ölən var

london-taxi-evvelce-piyadani-sonra-masini-vurdu
Oxunma sayı: 2602

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində taksinin vurduğu piyada xəstəxanada ölüb.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, martın 13-də saat 22 radələrində R.Qəhrəmanov idarə etdiyi “London Taxi” markalı avtomobillə yolun kənarında piyada Nurlan Hümbətovu vurub.

Daha sonra orada dayanmış “Mitsubishi” markalı avtomobilə çırpılıb. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabunçu RPİ-də araşdırma aparılır.