Ötən ilin noyabrında iş adamı Berkin Gökbudakla evlənən Türkiyənin məşhur aktrisası Aslı Enver sosial media hesabında etdiyi paylaşımla diqqət çəkib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər veir ki, 38 yaşlı aktrisa həyat yoldaşı ilə fotolarını paylaşaraq onun doğum gününü təbrik edib.
Aslı Enver 6,5 milyon izləyicisi olan instaqram hesabında paylaşdığı fotolara “Ad günün mübarək sevgilim. Səni çox sevirəm” sözlərini yazıb.
Bir müddətdir ekranlardan uzaq düşən və yeddi aylıq hamilə olan Aslı həyat yoldaşı ilə birlikdə Londondan qayıdıblar. Hava limanında jurnalistlərin suallarını cavablandıran aktrisa övladını İngiltərədə dünyaya gətirəcəyi barədə xəbərlərə də aydınlıq gətirib: “Belə bir şey yoxdur. Gəzməyə getmişdik. Doğuş Türkiyədə olacaq. Həkim nəyi uyğun görsə, o da olacaq, amma ümid edirəm normal doğuş olar”.




Son xəbərlər
Son Xəbərlər