Londonda hündürmərtəbəli yaşayış binası yanır.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hazırda əraziyə çoxlu sayda polis əməkdaşı, Londonun yanğınsöndürmə və təcili yardım xidməti cəlb olunub. Binanın yuxarı mərtəbələrində hələ də köməksiz qalan sakinlərin olduğu qeyd edilir.
İlkin məlumata görə, azı 30 nəfər zərərçəkən var.
Hadisə şahidləri binadan özlərini atanların olduğunu deyirlər.
***
Yanğınsöndürənlər ölənlərin olduğunu desələr də, dəqiq say bilinmir. Son məlumata görə, yanğında azı 6 nəfər ölüb. Onların sayının artacağı istisna edilmir.
Şahidlərdən birinin sözlərinə görə, 9 və ya 10-cu mərtəbədə bir qadın qışqıraraq kömək istəyib. Körpəsini yanan binadan xilas etmək üçün qadın uşağını aşağı tullayıb. Körpə yardıma yetişən şəxs tərəfindən xilas edilə bilib.

Son xəbərlər
Son Xəbərlər