İngiltərə yığmasının məğlubiyyəti ilə barışmayan futbol azarkeşləri ilə polis arasında baş vermiş qarşıdurmada 19 polis əməkdaşı yaralanıb.
“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, Avro-2020 oyunları çərçivəsində İtaliyaya məğlub olan İngiltərə milli komandasının fanatları etirazlarını kəskin şəkildə nümayiş etdiriblər.
Məlumata əsasən, oyundan sonra 49 azarkeş saxlanılıb.
Qeyd edək ki, İtaliya yığması penaltilər seriyasında 3:2 hesabı ilə İngiltərəyə qalib gələrək Avropa çempionu olub. Oyun Londonda “Uembli” stadionunda keçirilib.
Son xəbərlər
Son Xəbərlər