Bu günlərdə məşhur azərbaycanlı pioanoçu Elçin Şirinov Londonun iki caz məkanında – “The Spice of Life” və “The Vortex” klublarında etno-caz musiqi üslubunda konsert proqramı ilə çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, gecə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutub. Azərbaycan xalq musiqisinin zəngin ənənəsindən bəhrələnən Elçin Şirinov yeni nəsil Azərbaycan caz musiqiçilərinin nəslindəndir. Onlar post-bop caz musiqisinin elementlərini Azərbaycan xalq musiqisi və klassik musiqisinin üsulları, melodiya və mikrotonları ilə birləşdirir.
“The Spice of Life” klubunda keçən konsertdə Şirinovun musiqisinə yaxşı bələd olan iki musiqiçi də qatılıb. İtaliyalı bas gitaraçı Andrea Di Bias və britaniyalı zərb ifaçısı Con Skott. İki ildən artıqdır ki, E.Şirinov onlarla sıx əməkdaşlıq edir. Skottun Azərbaycanın xalq mahnısı “Durna” nı zərb alətlərində məharətli ifa etməsi Şirinovun çevik improvizasiyası ilə dəstəklənirdi. O, pianoda tempi daha da artıraraq həyacanın yeni dərəcəsinə çatmağa müvəffəq olurdu.
Gecədə Azərbaycan xalq mahnısı olan sirli “Sarı Gəlin” də ifa edilib.
Londonda keçirilən hər iki konsertin yekun nəticələri barədə danışan amerikalı pianoçi Bred Mehldaun deyib ki, Elçin trionu idarə etmək üçün çox gözəl hissiyyata malik musiqiçidir. Xüsusilə, o, musiqidə piano və bas gitara üçün ayrı-ayrı yerlər tapır, basın çaldığı heç bir kənar hissələri ifa etmir.

Son xəbərlər
Son Xəbərlər