İngiltərənin paytaxtı Londonda 24 mərtəbəli “Grenfell Tower” binasında gecə saatlarından etibarən bu gün günorta saatlarına qədər yanğın davam edib.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, yanğın baş verən zaman binada 400-dən çox adamın olduğu iddia edilir.
Binada müsəlman ailələr çox olduğu üçün onlar oruc tutmaq üçün imsaka qalxıblar və yanğın vaxtı oyaq olublar. Buna görə də bir çox insan qaçaraq binadan çıxa bilib.
Yanğından xilas olmaq üçün özünü binadan atanların olduğu bildirilir. Bəzi ailələr isə uşaqlarını binadan atmağa məcbur olublar.
Son məlumatlara əsasən yanğın zamanı ölənlərin sayı 12 nəfərə yüksəlib. 68 nəfər isə xəsarət alıb. Onlardan 18-nin vəziyyəti ağırdır.
Qeyd edək ki, 1974-cü ildə tikilmiş binada 120 mənzil yerləşir. Bina 2015-2016-cı illərdə əsaslı təmir edilib və 10 milyon funt-sterlinq xərclənib.



Son xəbərlər
Son Xəbərlər