Londonda ermənilərin növbəti təxribatına - Layiqli cavab

londonda-ermenilerin-novbeti-texribatina-
Oxunma sayı: 1264

Londonda Azərbaycan səfirliyinin qarşısında ermənilər növbəti dəfə təxribat törədərək nümayiş keçirməyə cəhd göstəriblər.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, hər yerdə olduğu kimi, qeyri-etik davranışlarından əl çəkməyən işğalçı dövlətin nümayəndələri burada da təhrikedici hərəkətlərə yol veriblər.

Azərbaycan-Britaniya Tələbə Şəbəkəsinin təşkilatçılığı və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə həmvətənlərimiz işğalçı ölkənin nümayəndələrinə və onları dəstəkləyənlərə layiqli cavab veriblər. Əllərində Azərbaycan bayraqları tutan həmvətənlərimiz Qarabağın Azərbaycan ərazisi olduğunu, tezliklə ədalətin öz yerini tapacağını, ermənilərin bədnam əməllərdən əl çəkmələrinin vacibliyini vurğulayıb.