London meri Sadik Xan koronavirus epidemiyası ilə əlaqədar şəhər xəstəxanalarının dolması fonunda fövqəladə vəziyyət rejimi elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb:
“Londonun hər 30-cu sakini COVİD-19-a yoluxub. Biz dərhal tədbirlər görməsək, səhiyyə xidmətimiz yüklənəcək və daha çox insan öləcək”.
Xan insanların evdə qalmaları və zərurət olmadıqca çölə çıxmamaları üçün yalvardığını bildirib.
Son xəbərlər
Son Xəbərlər