Londonda terror aktı hazırlamaqda şübhəli bilinən 3 qadın saxlanılıb

londonda-terror-akti-hazirlamaqda-subheli-bilinen-3-qadin-saxlanilib
Oxunma sayı: 725

London polisi terror planı hazırlamaqda şübhəli bilinən üç qadını saxlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qadınlar 18-19 yaşlarındadırlar. Hazırda onlar Londondan bir qədər uzaqlıqda yerləşən müvəqqəti saxlanma təcridxanasındadırlar. Qadınlar terror aktının planlaşdırılması, hazırlığı və terrora təhrikdə şübhəli bilinirlər.