14 iyunda yanan “Grenfell Tower” binasında baş verən yanğınla bağlı yeni faktlar açıqlanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, London polisi hadisə zamanı binada 335 nəfərin olduğunu və 255 nəfərin xilas olduğunu açıqlayıb.
İtkin düşənlərlə birlikdə ölənlərin sayının 80 nəfər olduğu bildirilir.
Məlumata görə, yanaraq faciəvi şəkildə ölənlərdən 32 nəfərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Hazırda bu istiqamətdə çalışmalar davam edir.
Son xəbərlər
Son Xəbərlər