Londonda Zəhra üçün etiraz aksiyası

londonda-zehra-ucun-etiraz-aksiyasi
Oxunma sayı: 923

Ötən həftə Dağlıq Qarabağda qoşunların təmas xəttinə yaxın ərazidə baş vermiş qətliama etiraz olaraq Ermənistanın Londondakı səfirliyi qarşısında aksiya keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iyulun 8-də iki yaşlı Zəhranın qanlı cəsədini nümayiş etdirən fotoşəkillərini yaydıqdan sonra Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) fəalları və Azərbaycan diaspor üzvləri Ermənistan səfirliyinin pilləkənləri üzərinə beş əzilmiş və qana bulaşmış müqəvva yerləşdiriblər. 

Bu fakt dinc əhalinin təhlükəsizliyi təmin etmək məqsədilə 12 Avqust 1949-cu il tarixdə qəbul olunmuş “Cenevrə Konvensiyası” və digər beynəlxalq sazişlərin tələblərinə ziddir:

“Bu insan faciəsi gündəmə Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsinin və erməni qoşunlarının münaqişə ərazisindən çıxarılmasını tələb edən dörd BMT qətnaməsinin yerinə yetirilməsinin zəruriliyini göstərir”.