Londondakı terrora görə məsuliyyəti İŞİD üzərinə götürdü

londondaki-terrora-gore-mesuliyyeti-isid-uzerine-goturdu
Oxunma sayı: 1360

İŞİD terror qruplaşması ötən gün Londonda baş vermiş bıçaqlı hücuma görə məsuliyyəti üzərinə götürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Röyters” agentliyi yazıb.

Qeyd edək ki, terror aktı nəticəsində 3 nəfər yaralanıb. Polis hücum edən şəxsi zərərsizləşdirib. Daha sonra araşdırma zamanı məlum olub ki, hadisəni törədən şəxs terrorizmə və ekstremist materialalrın yayılmasına görə məhkumluq həyatı yaşayıb.