“Qafqazinfo”nun məlumatına görə, pop ifaçı İngiltərənin “Loaded” maqazin jurnalına verdiyi açıqlamada özü barədə müəyyən məsələlərə aydınlıq gətirib:
“İndiyənə qədər mənə sadiq olmayan insanlarla rastlaşdım. Casperlə uzun müddət münasibətimiz oldu. Hər zaman aldadıldım. Belə hadisə baş verən zaman insan özünü yarımçıq hiss edir. Bu tək qadınlara aid bir hiss deyil. Kişilər də aldatılanda özlərini belə hiss edirlər. Həyata baxışım dəyişdi, özümü daha da inkişaf etdirdim. Həyat çox çətindir. Amma ayağa qalxıb rəqs etmək məcburiyyətindəsən. İnsan hər zaman depressiyaya düşə bilər. Bu, sənin əlindədir”.
Qeyd edək ki, Casper Smart pop ulduzun rəqqası olmuş, iki transseksualla Ceniferi aldatmışdı.
Son xəbərlər
Son Xəbərlər