ANS PRESS-in məlumatına görə, bir-biri ilə normal münasibətdə olmayan tanınmışları Amerika şou biznesi bir-birinə qatıb. Dünyanın ən cazibədar ombasına sahib olan iki qadın müharibənin astanasında dayanıb. Söhbət 44 yaşlı müğənni Ceylo və 33 yaşlı Kardaşyandan gedir.
Bu yaxınlarda yeni albomunu təqdim etməyi düşünən ifaçı artıq bir neçə ildir ki, ombasını milyon dollara sığortaladıb. Kardaşyandan danışdıqda isə bildirmək olar ki, bir çox insanlar bədəninin beşinci nahiyyəsini plastik əməliyyatla böyütdüyünü deyirlər. Sənət insanları ilə yanaşı həkimlər də bildirirlər ki, insanda belə omba ola bilməz, mütləq onun üzərində işlər gördürüb.
“Mənim bacılarım istəyirlər ki, mən arxamı rentgendən çıxarım. Onu da edəcəm, hər kəsə sübut edəcəm ki, plastik əməliyyata qaçmamışam. Cenifer Lopezə gəldikdə isə, bəli, deyəsən onun da ombası özünün idi. Amma bu 3 il bundan öncəyə qədər idi. O, artıq dəbdən düşüb, səhnədə mən varam artıq və bunu da deyim ki, ondan qat-qat yaxşıyam”-deyərək, Kim qalmaqallı açıqlama verib. Düşünürük ki, Ceylo Kardaşyanın bu açıqlamasına cavab verəcək.
Son xəbərlər
Son Xəbərlər