Lor hospitalda ilk - Hər iki qulağa eyni anda implant yerləşdirildi

lor-hospitalda-ilk
Oxunma sayı: 3163

“LOR Hospital” klinikası hər zaman səhiyyəmizin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirən klinikadır.

Ölkəmizdə “LOR Hospital” lor cərrahiyyəsi sahəsində ixtisaslaşmış tibbi xidmət üzrə yeganə özəl klinikadır. “LOR Hospital”ın həkimləri, əvvəllər Azərbaycanda edilməsi mümkün olmayan “KOXLEAR İmplant” cərrahiyyə əməliyyatlarını hazırda yüksək səviyyədə həyata keçirirlər. Eyni zamanda “skrininq”in aparılması, “koxlear” implantasiyası əməliyyatının proqram təminatının yüklənməsi və cihazların tənzimlənməsi mütəxəsislər tərəfindən həyata keçirilir.

Qafqazinfo xəbər verir ki, “LOR Hospital”da ilk dəfə olaraq bilaterial (hər iki qulağa eyni anda implant yerləşdirilməsi) KOXLEAR İmplantasiya əməliyyatı icra edilib. Əməliyyat peşəkar həkimi, qulaq burun boğaz və baş-boyun cərrahiyyəsi uzmanı, Dr. Tacəddin Muradov tərəfindən uğurla icra edilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun və İcbari Tibbi Sığortanın dəstəyi ilə bu günədək “LOR Hospital”da eşitmə qüsuru olan yüzlərcə pasiyent müvafiq müayinələrdən keçirilmiş və yüzdən çox uşaqlar üzərində koxlear implant cərrahiyyə əməliyyatı aparılmış və eşitmələri bərpa olunmuşdur.

Əməliyyatdan videogörüntüləri təqdim edirik: 

https://www.youtube.com/watch?v=U7P813vhRn4