Daima ixtisaslaşmış tibbi xidməti ilə seçilən “Lor hospital” Ramazan ayı günlərində daha bir xeyriyyə işinə imza atıb.
"Qafqazinfo" xəbər verir ki, ATV “Bizimləsən” proqramı və “Lor hospital” əməkdaşlığı çərçivəsində, anadan-gəlmə eşitmə əngəlli 5 yaşlı Bərdə sakini Bayandurov Sahib Məzahir oğluna “Koxlear İmplantasiya” əməliyyatı böyük uğurla həyata keçirilib.
Əməliyyat “Lor hospital”ın baş həkimi Qulaq Burun Boğaz Baş Boyun cərrahiyyəsi uzmanı Xəyyam Məsiyev tərəfindən icra olunub. Əməliyyatın məqsədi eşitmə əngəlli körpələrə cihaz yerləşdirilməsi ilə eşitmənin yenidən bərpa olunması və onların sosial cəmiyyətə adaptasiya olunmasını rahatlaşdırılmasıdır. Əməliyyat çox uğurla başa çatıb, hazırda balaca Sahib özünü çox yaxşı hiss edir.

Son xəbərlər
Son Xəbərlər