“LOR Hospital”ın həkim heyəti daha bir uğura imza atıb - Fotolar

lor-hospitalin-hekim-heyeti-daha-bir-ugura-imza-atib
Oxunma sayı: 2647

Türkiyənin İstanbul şəhərində 13-cü Balkan Otorinolarinqologiya Konqresi - Baş və Boyun Cərrahiyyəsi və Mərkəzi və Qərbi Asiya QBB BBC Assosiasiyasının 3-cü Konqresi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, konqresdə “Referans Medical Group” daxilində fəaliyyət göstərən “LOR Hospital”ın həkim heyəti uğurla iştirak edib.  

“LOR Hospital”ın baş həkimi uzman doktor Xəyyam Məsiyev, dosent doktor Ramil Həşimli, LOR cərrahlar Dilşad Şadlinskaya, Kamil Süleymanov, Nigar Muradova konqresdə moderator kimi çıxış edib, öz bilik və bacarıqlarını həmkarları ilə bölüşüblər.