Lorak keçmiş əri ilə yenidən bir araya gəldi - Fotolar

lorak-kecmis-eri-ile-yeniden-bir-araya-geldi
Oxunma sayı: 3598

Ukraynanın Xalq artisti Ani Lorak 10 yaşlı qızı Sofiya üçün dəbdəbli doğum günü təşkil edib.

“Qafqazinfo” “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, şadlıqda Sofiyanın atası, türkiyəli biznesmen Murat Nalçaçıoğlu da iştirak edib. İzləyicilər Ani ilə Muratın yenidən bərabər olduqlarını ehtimal edir, lakin tərəflər bu barədə açıqlama vermir. 

Qızın şad gününə, həmçinin tanınmış artistlər, ailənin məşhur dostları qatılıb. İzləyicilərin diqqətini yubilyar üçün hazırlanmış böyük tort çəkib. Şirniyyat şedevri Sofiyanın şəkilləri və onun sevimli cizgi filmi qəhrəmanlarının fiqurları ilə bəzədilmişdi.

Qeyd edək ki, A.Lorak ona xəyanət edən M.Nalçaçıoğlundan 2019-cu ildə boşanıb. Bu ilin aprelində Ani Muratla yenidən bir araya gəlmiş, Rusiyanın Xalq artisti Filipp Kirkorovun qızı Alla-Viktoriyanın doğum günündə iştirak etmişdi.