Loren Rəsul Cəfərovun həbsindən yazdı

loren-resul-ceferovun-hebsinden-yazdi
Oxunma sayı: 1180


«Dostum, hüquq müdafiəçisi Rəsul Cəfərov Azərbaycan hakimiyyəti tərəfindən həbs olunub», - yazan Loren Rəsul Cəfərovla birgə çəkdirdiyi şəkli də paylaşıb.

Rəsul Cəfərovla Lorenin tanışlığı 2012-ci ildə «Eurovision» mahnı yarışmasına ev sahibliyi edən Bakıda baş tutub. Həmin vaxt Rəsul Cəfərov keçirdiyi «Sing for Democracy» kampaniyası ilə beynəlxalq ictimaiyyətin diqqətini ölkədə insan haqları, demokratiya problemlərinə yönəltməyə çalışırdı.

«Sing for Democracy»nin təşkil etdiyi sərgiyə yarışmaya qatılanlardan yalnız Loreen diqqət göstərmişdi.

Rəsul Cəfərov avqustun 2-də həbs olunub. Ona qarşı qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri irəli sürülüb.

musavat.com