ABŞ-ın Kaliforniya ştatı sahillərində Rixter cədvəli ilə 7,3 bal və ya daha şiddətli zəlzələnin baş verməsi ehtimalı mövcuddur.
“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, bu qənaətə mütəxəssislər regionda okean dibinin təhlilini həyata keçirəndən sonra gəliblər.
Qeyd edilib ki, Los-Anceles və San-Dieqo ətrafında sualtı yer qabığının çatlaması 30-40 faiz ətrafındadır. “Bu, o demək deyil ki, güclü zəlzələ olacaq. Amma 5 və ya 6 bal gücündə yeraltı təkan kifayət edəcək ki, Kaliforniyada ciddi dağıntılar qeydə alınsın”.
Mütəxəssislər qeyd edib ki,sonuncu dəfə bu cür zəlzələ 1933-cü ildə Lonq-Biçdə baş verib. Həmin zəlzələ nəticəsində 113 nəfər həlak olub.
Qeyd edək ki, Kaliforniya dünyanın seysmik cəhətdən ən aktiv bölgələrindən hesab olunur. 1906-cı ildə San-Franssiskoda baş vermiş zəlzələ nəticəsində 3 mindən çox adam həlak olmuş, şəhər tamamilə dağılmışdı.
Son xəbərlər
Son Xəbərlər