Los Ancelesdə Audinin yeni modeli təqdim olundu - Fotolar

Los Ancelesdə Audinin yeni modeli təqdim olundu
Oxunma sayı: 1349

Audi markası “Elektrikləşmə gələcəyimizdir” strateji fəaliyyət istiqamətinə sadiq qalaraq e-tron elektromobillər xəttinə yeni bir model əlavə etdi. Dinamik və eyni zamanda ətraf mühitə 0 zərər verən yeni Audi e-tron Sportback Los Anjelesdə təqdim olundu. Bu avtomobil 4-qapılı kupe, SUV və elektrik avtomobilin proqressiv xarakterini özündə birləşdirir. Singleframe barmaqlığı, əzələli gövdə, təkərlərin ətrafında güclü, dinamik cizgilər və arxa hissənin kupe formasında olması Audi-nin dizayn siyasətini özündə əks etdirir. Qabarit ölçülərində uzunluq - 4901 mm, en -  1935 mm, hündürlük 1616 mm təşkil edir.

“Qafqazinfo” xəbər verir ki, bu avtomobilin premyerası ilə Audi dünyada bir yeniliyə imza atdı. DML- Digital Matrix LED fənərlər seriya avtomobilində ilk dəfə tətbiq olunan yeni funksiyadır! Bu işıqlar kiçik pikselllərə bölünərək müstəsna dəqiqliklə idarə oluna bilir və yollarda görüntünü maksimum aydın edir. Fənərlər DMD (Digital Micromirror device - rəqəmsal mikrogüzgülər) cihaz texnologiyasının əsasında qurulub. DML kiçik çipdən ibarətdir. Bu çip 1 milyon mikrogüzgünü özündə birləşdirirərək işıqlandırmanı daha mükəmməl edir. Bununla da Audi özünün “Vorsprung durch Technik” şüarına sadiq qalaraq avtomobil işıqlandırma sistemlərində lider olduğunu bir daha sübut edir.

İnteryerdə MMİ touch response sistemi ilə iki displeydə sürücü əyləncə, telefon, naviqasiya, e-tron modellərinə aid xüsusi opsiyaları rahatlıqla idarə edə bilər. Həmçinin 12.3’ ölçülü Audi Virtual Cockpit standart opsiya kimi avtomobildə öncədən quraşdırılır. Audi e-tron sportback Avropa bazarına bu avtomobil 2020-ci ilin yaz aylarında təqdim olunacaq.

Texniki göstəricilər

Mühərrik: 55 quattro
Maksimal güc: 300 kVt (405 at gücü)

Fırlanma anı: 664 Nm
Sürətlənmə 0-100 km/saat : 5.57 san. (test), 5.7 san. (rəsmi)  

Maksimal sürət:  200 km/saat

Dolu batareyalarla yürüş potensialı: 446 km (WLTP dövründə)







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi