Los-Ancelesdə güclü yanğın, 11 yanğınsöndürən xəsarət aldı - Video

los-ancelesde-guclu-yangin-11-yanginsonduren-xesaret-aldi
Oxunma sayı: 1724

Los-Ancelesin (ABŞ) Boyd-strit küçəsində güclü yanğınla mübarizə aparan 230 yanğınsöndürəndən 11-i xəsarət alıb. “Qafqazinfo” bildirir ki, bu barədə “The New York Times” xəbər verib.

Nəşrin məlumatına görə, əvvəlcə “kommersiya binası” yanıb, daha sonra yanğın yaxınlıqdakı evlərə keçib.

İnsidentin baş verdiyi ərazinin yaxınlığında Kiçik Tokio məhəllələri yerləşir.

Yanğının səbəbi açıqlanmır.