ABŞ-ın Los-Anceles şəhərinin (Kaliforniya ştatı) limanında mirmühərrikli təyyarə yük maşınının üstünə düşüb.
“Qafqazinfo” bildirir ki, bu barədə “ABC” telekompaniyası xilasetmə xidmətlərinə istinadən xəbər verib.
İnsident nəticəsində pilot həlak olub, avtomobildə olan şəxs xəsarət alıb. Sonuncu ağır vəziyyətdədir.
Hadisənin başvermə səbəbi hələ müəyyənləşdirilməyib. Liman ştat rejimində işləməyə davam edir.
Son xəbərlər
Son Xəbərlər