Lotereyada milyonlar uddu, sevimli komandasını satın aldı

lotereyada-milyonlar-uddu-sevimli-komandasini-satin-aldi
Oxunma sayı: 2830

“EuroMillions” lotereyasında 183 milyon avro məbləğində pul qazanan 71 yaşlı şotlandiyalı futbol azarkeşi Kolin Veyr sevimli “Partik Tisl” klubunu satın alıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “BBC” xəbər verib.

Bununla yanaşı, o, öz mülkiyyət hüquqlarının 55%-ni fan-kluba verməyi planlaşdırır.

Komanda hazırda Şotlandiya Çempionşipində çıxış edir və 13 turdan sonra 11 xal toplayaraq, turnir cədvəlinin sonuncu yerində qərarlaşıb.