“Lotu Quli”nin daha bir adamı saxlanıldı - Fotolar

lotu-qulinin-daha-bir-adami-saxlanildi
Oxunma sayı: 2363

Ukraynanın Luqansk əyalətinin Lisiçansk şəhərində xüsusi əməliyyat nəticəsində azərbaycanlı kriminal avtoritet “Lotu Quli”nin yaxın adamı saxlanılıb.

“Qafqazinfo”nun “Golos Ukraina”ya istinadən verdiyi xəbərə görə, azərbaycanlının Nadir Səlifovun təlimatı əsasında Lisiçanka gedərək orada yerli “vor zakon”ların “sxodka”sını təşkil etməsi və bölgəyə “nəzarət edən” statusunu qazanması, bundan sonra “Quli”nin “gözətçisi” vasitəsilə bölgədəki cinayət dünyasına nəzarət etməsi planlaşdırılıb. Lakin hüquq-mühafizə orqanlarına onun gəlişi barədə məlumat daxil olduqdan sonra şəhərdə yaşadığı yer müəyyənləşdirilərək saxlanılıb. Bu barədə Luqansk vilayətindəki Daxili İşlər Nazirliyinin spikeri Tatyana Poqukay məlumat verib.

Əməliyyata Luqansk bölgəsində kəşfiyyat axtarışı, strateji araşdırmalar şöbəsi və “KORD” döyüşçüləri cəlb edilib. Azərbaycanlının məskunlaşdığı fərdi evdə axtarış zamanı silah, döyüş sursatları və narkotik maddələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.