“Lotu Quli”nin yeznəsi azadlığa çıxdı - Vaxtından əvvəl

lotu-qulinin-yeznesi-azadliga-cixdi
Oxunma sayı: 1306

Kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovun yeznəsi olan və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Hüseynov azadlığa buraxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilən V.Hüseynov vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib. Onun müraciəti təmin edilib və qalan 3 aylıq cəzasını çəkmədən sərbəst buraxılıb.

Qeyd edək ki, V.Hüsyenovun üzərindən 12,360 qram heroin aşkar edilib.

Murad Əhməd