Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovun yeznəsi olan və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hazırlıq iclası davam etdirilib.
Cinayət işi məhkəmə baxışına qəbul edilib. Məhkəmə prosesi martın 15-də davam etdiriləcək.
Qeyd edək ki, V.Hüsyenovun üzərindən 12,360 qram heroin aşkar edilib.
Son xəbərlər
Son Xəbərlər