Ukrayna ilə həmrəylik əlaməti olaraq dünyanın ən zəngin insanlarından biri olan Bernar Arnonun sahibi olduğu LVMH (Louis Vuitton Moët Hennessy) dəb konqlomeratı ölkədə hərbi əməliyyatlardan zərərçəkənlərə yardım üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə 5 milyon avro (9 315 872 AZN) ayıracağını bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə LVMH-in bəyanatında deyilir.
Rəsmi bəyanatda qeyd olunur ki, LVMH qrupu Ukraynadakı faciəli vəziyyəti diqqətlə izləyir və bu müharibədən ciddi şəkildə əziyyət çəkən hər kəsi dəstəkləyir. Əsas məsələ Ukraynada 150 əməkdaşın təhlükəsizliyini təmin etmək və onlara lazımi maliyyə yardımı göstərməkdir. Həmçinin qeyd olunur ki, şirkətin zərər çəkmiş əməkdaşları üçün də ayrıca ianələr toplanacaq.
Rəsmi bəyanat “Chanel”in də hesablarında dərc edilib. Brend ukraynalı qaçqınlara kömək edən BMT təşkilatlarına 2 milyon avro (3 726 349 AZN) ianə edib, həmçinin orta və uzunmüddətli perspektivdə zərərçəkmiş qadınlara və uşaqlara dəstək göstərəcək yerli təşkilatlarla əməkdaşlıq etmək istədiyini bildirib.
Son xəbərlər
Son Xəbərlər