Almaniya Futbol Federasiyasının prezidenti Raynhard Qrindel ölkənin milli komandasının Cənubi Koreyaya 0:2 hesablı məğlubiyyətdən danışıb.
“Qafqazinfo” xəbər verir ki, federasiya rəhbəri açıqlamasında Yoahim Lövün yığmadan göndəriləcəyi ilə bağlı da danışıb.
Qrindel Lövlə yeni müqavilə imzalayacaqlarını bildirib:
“Əvvəlcə, deyim ki, biz çox narahatıq. Mən prezident olaraq nəticəni təhlil etməyəcəm. Bunun üçün idman rəhbərliyi var bə hər şeyi təhlil edib hesabat verəcək. Ondan sonra nəticə çıxaracağıq. Hələ turnirin əvvəlində Yoahim Lövlə müqaviləni uzatmağa qərar verdik. Bu vəzifə üçün ən uyğun adam odur. Mən fikrimdə qalıram”.
Son xəbərlər
Son Xəbərlər