Luis Enrike yenidən İspaniya millisində - Rəsmi

luis-enrike-yeniden-ispaniya-millisinde
Oxunma sayı: 1210

İspaniya Futbol Federasiyası millinin baş məşqçisi vəzifəsini Luis Enrikeyə həvalə edib.

“Qafqazinfo” federasiyanın saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis komandanı Avropa çempionatının final mərhələsindəki oyunlara çıxaracaq.
 
Luis Enrike qızının xərçəng xəstəliyindən əziyyət çəkməsinə görə 5 ay əvvəl millidən ayrılmışdı. Onun qızı avqustda dünyasını dəyişmişdi.
 
Müvəqqəti baş məşqçi təyin edilmiş Roberto Moreno Rumıniyaya 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfrasına qatılmayıb. O, Enrikenin geri dönəcəyini eşidəndən sonra stadionu tərk edib.